BAKI, 1 may. TELEQRAF

2024-cü ilin birinci rübündə "Şahdəniz" üzrə fəaliyyətlərə təxminən 719 milyon dollar əməliyyat xərcləri və təxminən 201 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Teleqraf xəbər verir ki, bu barədə BP-nin 2025-ci ilin birinci rübünün yekunlarına dair hesabatında məlumat verilib.

Rüb ərzində "Şahdəniz" yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

İlin ilk üç ayında yataqdan ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo "platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və 1 milyon tondan çox (təqribən 9 milyon barel) kondensat hasil edilib.

Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 79,5 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.