BAKI, 24 aprel. TELEQRAF
"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" Publik Hüquqi Şəxsi “Rascomstar-QAF” şirkəti ilə 183 min 600 manatlıq müqavilə bağlayıb.
Teleqraf xəbər verir ki, qurum Mərkəzi Afrikada yerləşən Kamerun dövlətinin Duala şəhərində Azərkosmosa məxsus anten və avadanlıqlara texniki qulluq və digər xidmətlərin görülməsi üçün "Rascomstar-QAF" şirkətinə 183 min 600 manat ödəyəcək.
Müvafiq işlərin görülməsinə iki gün əvvəl başlanılıb, gələn ilin fevralına qədər isə bitməsi planlaşdırılır.
Qeyd edək ki, "Rascomstar-QAF" Regional Afrika Peyk Rabitə Təşkilatının (RASCOM) törəmə şirkətidir. Şirkət Afrika qitəsində telekommunikasiya xidmətləri göstərən bir peyk operatorudur.