
BAKI, 18 aprel. TELEQRAF
Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən yaşayış evi 12 000 000 manata satışa çıxarılıb.
Teleqraf xəbər verir ki, 12 otaqdan ibarət evin ümumi sahəsi 1600 kv metrdir.
Klassik üslubda tikilmiş müasir rezidensiya Bilgəhdə yerləşir. Elanda qeyd edilir ki, ev qəsəbənin ən bahalı küçəsindədir. Yaşayış 100 sot ərazidə 2 mərtəbədən ibarətdir. Evdə sauna, karoeke otağı, bilyard zalı, hovuz, türk hamamı, xüsusi dizaynda mebeller, hətta girişdə resepşn da var. Villanın həyətində çardaqlar quraşdırılıb, müxtəlif meyvə və dekorativ ağaclar əkilib.