BAKI, 15 aprel. TELEQRAF

Ötən il əhalinin borc yükü sərəncamda qalan gəlir payını üstələyib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın (AMB) “Maliyyə Sabitliyi hesabatında” bildirilib.

Sənədə əsasən əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 2.2 faiz bəndi artaraq 18% olub. Banklar arasında keçirilən kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən də bankların 15%-i əhalinin borclanmasında orta dərəcədə artım olduğunu bildirib.

Əhalinin borclanması dinamikası Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tənzimləmə siyasəti formalaşdırılır.