BAKI, 24 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp 1915-ci ilin aprelin 24-də Osmanlı imperiyası ərazisində baş verən hadisələrdən bəhs edərkən "soyqırımı” ifadəsini işlətməyib.
Teleqraf xəbər verir ki, dövlət başçısının Ağ Evin saytında dərc olunan müraciətində 1915-ci ildə baş verənlər "çox dəhşətli hadisə" adlandırılıb.
Qeyd edək ki, Tramp əvvəlki prezidentliyi dövründə də "soyqırımı" ifadəsini işlətməməklə erməniləri məyus etmişdi.