BAKI, 24 aprel. TELEQRAF

Ağ Ev Rusiyadan Zaporojye Atom Elektrik Stansiyasını Ukraynaya qaytarmasını istəyir.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" nəşri mənbələrə istinadən məlumat yayıb.

“Tramp administrasiyası həmçinin Moskvadan Zaporojye AES-i və Xarkovun işğal olunmuş torpaqlarını Ukraynaya qaytarmasını istəyir”, - nəşr yazır.

ABŞ-nin xüsusi nümayəndəsi Stiven Uitkoffun növbəti görüşdə Rusiya Prezidenti Vladimir Putin qarşısında bu məsələni qaldıracağı gözlənilir.