BAKI, 24 aprel. TELEQRAF
Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yerləşən lüks villa satışa çıxarılıb.
Teleqraf xəbər verir ki, villa 8 otaqdan ibarətdir və ümumi dəyəri 4 600 000 manatdır.
Sözügedən yaşayış evi 15 sot özəl torpaq sahəsində inşa edilib. Ümumi sahəsi 1 600 kvadratmetr olan evin kvadratmetri 2 875 manat təşkil edir.
Villa şəhər və dəniz mənzərəsi ilə, o cümlədən, elit təbəqənin üstünlük verdiyi ərazidə yerləşməsi ilə diqqət çəkir. Evdə həmçinin, cakuzi, həyətində də qarajı mövcuddur.
Elanda qeyd edilənə görə, villanın çıxarışı da var.



.jpg)













