BAKI, 24 aprel. TELEQRAF

"Azərişıq" ASC işğaldan azad edilən ərazilərdə elektrik xətləri çəkməyə davam edir.

Teleqraf xəbər verir ki, ASC bu səfər Kəlbəcər rayonu ərazisindəki yaşayış məntəqələrinin elektrik təchizatının təmin olunması məqsədilə "Kəlbəcər" yarımstansiyasından 35 kV-luq iki dövrəli elektrik veriliş xətti çəkilməsi üçün müvafiq işlərə hazırlaşır və bunun üçün 2 milyon 635 min 830 manat vəsait xərcləməyi planlaşdırır.

Belə ki, qurum sözügedən işlər üzrə tender elan edib və təkliflərinin son təqdimolunma tarixi mayın 27-dir.

Xatırladaq ki, "Azərişıq" ASC Cəbrayıl, Ağdam, Füzuli, həmçinin, "Ağdərə" yarımstansiyası ilə "Suqovuşan" yarımstansiyası arasında elektrik veriliş xətlərinin çəkilməsi üçün də tender elan edib.