
BAKI, 14 aprel. TELEQRAF
Bu ilin martında Azərbaycanın gündəlik neft hasilatı orta hesabla 473 min barel səviyyəsində olub.
Teleqraf Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir ki, fevral ayı ilə müqayisədə hasilatda 2 min barel azalma olub.
2025-ci ilin fevralında neft hasilatı orta hesabla 475 min barel səviyyəsində olub.
Qeyd edək ki, Azərbaycanın OPEC+ (OPEC və bəzi qeyri-OPEC neft istehsalçılarından ibarət alyans) çərçivəsində hazırkı xam neft hasilat kvotası gündə 551 min bareldir. Azərbaycan bu ilin martında OPEC+ çərçivəsində kvotadan 78 min barel geridə qalıb.