
BAKI, 14 aprel. TELEQRAF
Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) publik hüquqi şəxsi logistika və kommunikasiya istiqaməti üzrə 225 min manata yaxın xərc çəkəcək.
Teleqraf xəbər verir ki, bu işlərlə əlaqədar agentlik 2 satınalma müsabiqəsi elan edib.
Birinci tender tanıtım məhsullarının satın alınması ilə bağlıdır.
Tenderin ehtimal olunan ümumi dəyəri 175.539,16 manat təşkil edir.
İkinci tender isə motosiklet və qaldırıcı səbətin satın alınması üzrədir. Bu tenderin ehtimal olunan ümumi dəyəri isə 49.354,68 manat olaraq göstərilib.
Qeyd edək ki, hər iki tender üzrə təkliflərin qəbul və qiymətləndirilməsi 6 may tarixinədəkdir. Zərflər də həmin gün açılacaq.