BAKI, 8 aprel. TELEQRAF

Texnologiya milyarderi və “Tesla”nın baş direktoru İlon Mask ABŞ Prezidenti Donald Trampa tariflərin ləğv edilməsi ilə bağlı birbaşa, lakin nəticəsiz müraciətlər edib.

Teleqraf xəbər verir ki, bu barədə “Washington Post” iki məlumatlı şəxsə istinadən məqalə dərc edib.

Məlumata görə, bu fikir ayrılığı prezidentlə Mask arasında indiyə qədərki ən yüksək qarşıdurma kimi qiymətləndirilir.

Qeyd edək ki, "Tesla" Maskın yeni yaradılmış Hökumət Səmərəliliyi Departamenti ilə əməkdaşlığına qarşı yaranan narazılıqlar fonunda rüblük satışlarının kəskin azalması ilə üzləşib. Şirkətin səhmləri bazar ertəsi gününü 233.29 dollar dəyərində bağlayıb və bu, ilin əvvəlindən bəri 42%-dən çox azalma deməkdir.

Mask daha əvvəl ABŞ Prezidenti Donald Trampın avtomobil tariflərinin “Tesla”ya əhəmiyyətli təsir göstərdiyini demişdi.