
BAKI, 20 mart. TELEQRAF
Bu ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 142,3 saat təşkil edib. Əmək fəaliyyətinin müxtəlif sahələrində isə bu göstərici fərqli olub.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, yanvarda Azərbaycanda ən çox işləyən sahələr sırasında ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru ilk sırada qərarlaşıb. Bu sektorda bir işçiyə düşən orta aylıq iş saatı 149,4 saat təşkil edib.
Bu sahəni aylıq 149,1 saat ilə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektoru, 146,6 saat ilə isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoru izləyib.
Ən az orta aylıq iş saatları təhsil (136,7 saat), o cümlədən, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (138,4 saat) sahələrində olub.