BAKI, 20 mart. TELEQRAF

"Səhiyyə Müəssisələrinin Təminati Mərkəzi" publik hüquqi şəxsi Naxçıvan şəhərində, "Ailə Sağlamlıq Mərkəzi" kompleksinin tikinti işlərinin satınalınması ilə bağlı açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 12 milyon 829 min 949 manatdır.

Tenderdə iştirak haqqı isə 1 924.49 AZN-dir.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi mayın 14-dür. Zərflər də həmin gün açılacaq.