BAKI, 19 mart. TELEQRAF

“Regional Su Melorasiya Xidməti” publik hüquqi şəxsi “Yenimotor” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Teleqraf xəbər verir ki, şirkət qurumun sərnişin və yük avtomobillərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Qalib şirkətlə 994 min 500 manatlıq müqavilə imzalanıb.

Qeyd edək ki, dövlət qurumu bu məbləğə 15 ədəd sərnişin yük avtomobil alacaq. Satınalma işlərinə martın 7-də başlanılıb, aprelin 9-a qədər isə bitməsi planlaşdırılır.