
BAKI, 17 mart. TELEQRAF
İsveçrənin məhşur investisiya bankı - "UBS Group" qlobal ticarət müharibəsi ehtimallarının artması fonunda qızılın qiymət proqnozunu yeniləyib.
Teleqraf xəbər verir ki, bankın analitikləri – Wayne Gordon və Giovanni Staunovo qızılın növbəti dörd rüb ərzində bir unsiya üçün 3200 dollar səviyyəsinə qalxacağını proqnozlaşdırıblar.
Xatırladaq ki, qızıl ötən həftə tarixi maksimumunu yeniliyərək ilk dəfə 3000 dollara çatmışdı.
Qeyd edək ki, UBS-dən əvvəl "Macquarie Group" qızılın qiymətini ikinci rübdə 1 unsiya üçün 3500 dollara yüksələcəyini proqnozlaşdırmışdı. "BNP Paribas" da qızılın 3000 dollar təşkil edəcəyini açıqlayıb.
Bundan əlavə, UBS analitikləri investisiya fondlarının qızıla yatırımları açıqladıqlarını bildiriblər. Onların fikrincə, bu aktivə davamlı tələbat qiymətlərin daha da yüksəlməsinə təkan verə bilər.