BAKI, 27 fevral. TELEQRAF

Bu ilin yanvar ayında Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 11,8 dəfə artaraq 115 milyon dolları üstələyib.

Bu barədə Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycandan Rumıniyaya ixrac 106,2 milyon dollar (17,5 dəfə artım), Rumıniyadan Azərbaycana idxal isə 8,7 milyon dollar (2,4 dəfə artım) olub.

Cari ilin ilk ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rumıniya ilə ticarətin payı 2,25 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,93 faiz bəndi çoxdur.