BAKI,19 fevral. TELEQRAF

2024-cü ilin yanvar-dekabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,8 faiz artaraq 16 milyard 96,0 milyon manata çatıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, hüquqi şəxslər tərəfindən həyata keçirilən ictimai iaşə dövriyyəsi 938,9 milyon manat olub , bu da ümumi dövriyyənin 55,4 faizini təşkil edir. Bu göstərici, ictimai iaşə sektorunda artan tələbatı və iqtisadiyyatda müşahidə olunan müsbət dinamikanı əks etdirir.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkə üzrə ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 21,2 faiz artaraq 187,9 milyon manat olub.