BAKI, 18 fevral. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tikilməkdə olan obyektlərin Birləşmiş Müdriyyəti Şamaxı, Ağsu rayonlarında 5 ədəd fərdi yaşayış evinin tikintisi və 1 ədəd fərdi yaşayış evinin bərpası ilə bağlı açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan qiyməti 411 min 389 manatdır.

Təkliflərin son təqdimolunma tarixi aprelin 1-dir. Zərflər də həmin gün açılacaq.

Qeyd edək ki, tenderdə iştirak haqqı 350 AZN-dir.