
BAKI, 14 fevral. TELEQRAF
Dövlət Vergi Xidməti 2024-cü ildə Azərbaycanda ən çox vergi ödəyən dövlət müəssisələrin adlarını açıqlayıb.
Teleqraf xəbər verir ki, ötən il Heydər Əliyev adına "Neft Emali Zavodu" 133 milyon manat, Dövlət Neft Şirkətinin "Qaz İxrac İdarəsi" 89,6 milyon manat, "Azərişıq" ASC 74,7 milyon manat, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 30 milyon manat, "Azərbaycan Dəmir Yolları" QSC 28,9 milyon manat, Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi 27,8 milyon manat, "Azərenerji" ASC isə 26,6 milyon manat vergi ödəyib.
Qeyd edək ki, 2024-cü ildə 1,4 milyard manatla ən çox vergi ödəyən qurum "AZNEFT" İstehsalat Birliyi olub.