
BAKI, 14 fevral. TELEQRAF
“Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılan, qəzalı vəziyyətə düşən, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması ilə bağlı tenderin nəticələri açıqlanıb.
Teleqraf xəbər verir ki, sifarişçisi "Ərazi Tikinti-Planlaşdırma Mərkəzi" olan tenderin qalibi “İNŞAAT SERVİS-2” MMC olub. Qalib şirkətlə 460 min 956 manatlıq müqavilə imzalanıb.
Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid intenet portalında keçirilməyib.
Qeyd edək ki, müvafiq işlərin görülməsinə bu ayın 6-da başlanılıb, avqustun 6-a qədər isə yekunlaşması planlaşdırılır.