BAKI, 10 fevral. TELEQRAF

Azərbaycanın Çinə ixracı ötən il kəskin azalıb.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ildə Azərbaycanın Çinə ixracı 2023-cü illə müqayisədə 59 milyon dollar və ya 4 dəfə azalaraq 19,7 milyon dollar olub.

İdxal isə artıb. Belə ki, ötən il Çindən Azərbaycana idxal 702 milyon dollar artaraq 3 milyard 725 milyon dollar olub. Çin 2024-cü ildə Azərbaycanın idxalında Rusiyanı qabaqlayaraq birinci yerdə qərarlaşıb.

Çinin Azərbaycanın idxalında payı da 17.49 faizdən 17.69 faizə yüksəlib.

Nəticədə, iki ölkənin ticarətində Çinin xeyirinə 3,7 milyard dollarlıq müsbət saldo yaranıb.