“Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Sabunçu rayonunda təşkil olunacaq.
Teleqraf.com “Azəriqaz”a istinadla verdiyi məlumata görə, Birliyin rəhbər şəxsləri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heydər Əliyev adına parkda baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” aprelin 21-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.