BAKI, 22 fevral. TELEQRAF

Bu gün qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalib və mükafatçılar məlum olub.

Teleqraf xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovanı üstələyib 1,5-0,5.

Final görüşündə isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib.

Tay-brekdə 1,5-0,5 hesablı qələbə qazanan Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub.