BAKI, 30 dekabr. TELEQRAF
Başa çatmaqda olan 2025-ci ildə Azərbaycan idmanı bir sıra ağır itkilərlə üzləşdi.
Teleqraf il ərzində müxtəlif səbəblərdən dünyasını dəyişən idmançı və idman xadimlərinin siyahısını təqdim edir:
1. Abdulbari Gözəl — "Qarabağ” futbol klubun fəxri prezidenti, 76 yaşında vəfat edib.
2. Çingiz İsmayılov — veteran futbolçu, AFFA-nın keçmiş baş katibi, 90 yaşında vəfat edib.
3. Yaşar Sultanov — "Turan Tovuz"un İdarə Heyətinin üzvü, AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü, 67 yaşında ikən ürəktutmadan vəfat edib.
4. Faiq Rəcəbov — veteran gimnast və idman xadimi (Azərbaycan Gimnastika Federasiyasının keçmiş prezidenti və Milli Olimpiya Komitəsinin sabiq baş katibi), 92 yaşında vəfat edib. O, şahmatçı Teymur Rəcəbovun babası idi.
5. Cavanşir Qurbanov — tanınmış idman xadimi (Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti), 78 yaşında vəfat edib.
6. Arif Məmmədov — Azərbaycan Karate-Do Federasiyasının prezidenti, üçqat dünya və beşqat Avropa çempionu, səhhətindən yaranan qəflətən problemdən 47 yaşında vəfat edib.
7. Qasım Həşimov — "Vüqar Həşimov" Şahmat Akademiyasının təsisçisi, 76 yaşında yaşadığı evində partlayış baş verməsi nəticəsində xəsarət alıb, bir neçə gün sonra isə xəstəxanada vəfat edib. O, eyni zamanda Vüqar Həşimovun atası idi.
8. Adil Eyvazov — taekvondoçu, 21 yaşında məşq zamanı qəfil vəfat edib.
9. Mehman Kərimov — Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar Departamentinin rəhbəri, uzunsürən xəstəlikdən sonra 52 yaşında vəfat edib.
10. Şərəfəddin Məmmədov — veteran futbolçu və məşqçi, uzunsürən xəstəlikdən sonra 55 yaşında vəfat edib.
11. Vüqar Atayev — Azərbaycan Atletika Federasiyasının Quba regionu üzrə məşqçisi, yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib. 41 yaşı var idi.
12. Ülviyyə Əhmədova — yelkən idmanı idmançısı, 20 yaşında avtomobil qəzasında həlak olub.
13. Vaqif Hacımətov — Azərbaycan millisinin sabiq basketbolçusu, 65 yaşında xəstəlik səbəbindən vəfat edib.
14. Rəayət Abdalov — ağırlıqqaldırma üzrə məşqçi müəllim, 54 yaşında qəfil ürəktutmadan vəfat edib.
15. Məkan Zalov — güləş üzrə beynəlxalq dərəcəli hakim, 85 yaşında dünyasını dəyişib.
17. Qüdrət İsmayılov — beynəlxalq dərəcəli şahmat hakimi, xəstəlikdən vəfat edib.
18. Mirismayıl Həbibov — güllə atıcılığı üzrə Azərbaycan yığmasının üzvü, 27 yaşında uzunsürən xəstəlikdən sonra vəfat edib.
19. Təranə Səidova — şahmat üzrə qadınlar arasında Azərbaycan çempionu, FIDE hakimi, 55 yaşında uzunsürən xəstəlikdən dünyasını dəyişib.
20. Abdulla Məmmədov — veteran futbolçu, Şimal Regional Futbol Federasiyasının prezidenti, "Sumqayıt" klubunun Müşahidə Şurasının üzvü, 73 yaşında vəfat edib.
21. Fərhad Kasimov — Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti, 61 yaşında dünyasını dəyişib.