BAKI, 5 dekabr. TELEQRAF

2026-cı il dünya çempionatının açılış matçında Meksika və Cənubi Afrika milli komandaları üz-üzə gələcəklər.

Teleqraf xəbər verir ki, oyun 11 iyun 2026-cı il tarixində Meksiko şəhərindəki “Azteca” stadionunda keçiriləcək.

Qeyd edək ki, 2026-cı il dünya çempionatında tarixdə ilk dəfə 48 milli komanda iştirak edəcək. Turnir ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Final matçı isə 19 iyul 2026-cı il tarixində ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində baş tutacaq.