BAKI, 29 avqust. TELEQRAF

III MDB Oyunlarında Azərbaycanı 23 idman növündə 340 idmançı təmsil edəcək.

Bu barədə Teleqraf-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinin sayı isə 475 nəfər olacaq.

Ən çox Azərbaycan idmançısı cüdo və qılıncoynatmada – hər birində 32 nəfər olmaqla iştirak edəcək. Taekvondo və voleybol növlərində isə 28 idmançı mübarizə aparacaq.

Azərbaycanlı idmançılar həmçinin komanda idman növlərində də çıxış edəcəklər: futbol, çövkən, voleybol və 3x3 basketbol. Bundan əlavə, bədii gimnastikada ölkəmiz qrup hərəkətləri komandası ilə təmsil olunacaq.

Qeyd edək ki, Azərbaycan ev sahibi ölkə olaraq, bir sıra idman növlərində – cüdo, taekvondo, qılıncoynatma, badminton və karatedə, iki heyətlə iştirak edəcək.

III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Mingəçevir, Göygöl, Xankəndi, Yevlax və Şəkidə keçiriləcək. Oyunların açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda baş tutacaq.