BAKI, 19 may. TELEQRAF

Trek velosipedi üzrə Azərbaycan yığması Qazaxıstanın paytaxtı Astanada daha bir medal əldə edib.

Azərbaycan Velosiped Federasiyasından Teleqraf-a verilən məlumata görə, bu ölkənin açıq çempionatında mübarizə aparan Məryəm Hüseynova yarışı bürünc medalla başa vurub.

2009-2010-cu il təvəllüdlü qızlar arasında çıxış edən velosipedçi omnium yarışlarında 3 hərəkətin cəmində 38 iştirakçı arasında ümumi təsnifatda 3-cü olub və bürünc medala layiq görülüb.