BAKI, 18 mart. TELEQRAF

Rusiyalı hokkeyçi Fyodor Malıxinin meyiti yaşadığı mənzildə tapılıb.

Teleqraf SHOT-a istinadən xəbər verir ki, 34 yaşlı idmançının vəfat etməsinin səbəbi araşdırılır.

Malıxin Kontinental Hokkey Liqasında (KHL) "Avtomobilist", "Ak Bars", "Traktor", "Spartak", "Vityaz" və "Avanqard" klublarında çıxış edib. O, 2018-ci ildə Qaqarin Kubokunu və Rusiya çempionatını qazanıb.

Qeyd edək ki, Fyodor Malıxin 2023-cü ilin noyabrında hokkeyçi karyerasını başa vurub.