"Neftçi" "Səbail" üzərində qələbə qazanıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Premyer Liqasının X turunda Samir Abasovun rəhbərlik etdiyi komanda rəqibini 3:1 hesabı ilə məğlub edib.

Qolları Ramil Şeydayev (45+3) və Dembo Darbo (58, 67) rəqib qapısından keçirib. "Səbail"in heyətində isə 90+3-cü dəqiqədə Samir Abdullayev fərqlənib.