Azərbaycan atıcısı Vladislav Kalmıkov Almaniyada keçirilən yarışda finala vəsiqə qazanıb.

Teleqraf.com xəbər verir ki, "H&N Kuboku"nda idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada fərqlənib.

Digər idmançımız Leyla Əliyeva isə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada bürünc medala yiyələnib.