İki boksçumuz Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında dünya birinciliyinin ən azı bürünc medalını təmin edib.

52 kq çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə aprelin 23-də keçiriləcək yarımfinalda Böyük Britaniya nümayəndəsi Məhəmməd Əli ilə qarşılaşacaq. Teleqraf.com xəbər verir ki, komandamıza medal qazandıran digər boksçu Rüfət Hüseynovdur. 49 kq-da yarışan həmyerlimiz yarımfinal görüşündə özbəkistanlı Süleyman Latipovla üz-üzə gələcək.

Superağır çəki dərəcəsində çıxış edən Məhəmmədəli Tahirov isə ¼ finalda mübarizəni dayandırıb. Milli komandamızın üzvü Rusiyanı təmsil edən Marat Kerimxanova məğlub olub (0:3).

Çində keçiriləcək yeniyetmələrin II Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan dünya birinciliyi aprelin 24-də başa çatacaq.

Aygün İlqarqızı