BAKI, 14 aprel. TELEQRAF

ABŞ-nin "Northrop Grumman MQ-4C Triton" kəşfiyyat pilotsuz təyyarəsi Fars körfəzi üzərində aşkar edilib.

Teleqraf xəbər verir ki, Siciliyadakı Sigonella hərbi bazasından gələn kəşfiyyat dronu Fars körfəzi üzərində uçuş edib. Təyyarə mülki aviasiya üçün müəyyən edilmiş uçuş dəhlizlərindən kənarda, 15,5 kilometrdən çox hündürlükdə uçur, çünki bu cür yüksək hündürlüklərdən nadir hallarda istifadə olunur.

Bundan öncə 9 apreldə oxşar bir dron uçuş zamanı qəza siqnalı göndərib və sonra yoxa çıxıb.

Daha əvvəl bildirilmişdi ki, 9 apreldə "Northrop Grumman MQ-4C Triton" təyyarəsi Fars körfəzi üzərində hərəkət edərkən qəza siqnalı göndərib, daha sonra isə sürətlə gözdən itib.

"Northrop Grumman MQ-4C Triton" kimi təyyarələr dəniz və quru ərazilərdə real vaxt rejimində kəşfiyyat və müşahidə təmin etmək qabiliyyətinə malikdir və "Boeing P-8 Poseidon" kimi sualtı qayıq əleyhinə təyyarələrin imkanlarını tamamlaya bilər.