BMT-nin baş katibi Antonio Quterreş hazırda Vaşinqtonda Livan və İsrail arasında aparılan birbaşa danışıqların regionda vəziyyətin dəyişməsi üçün şərait yaradacağına ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, Quterreş jurnalistlərin suallarını cavablandırarkən deyib: "Heç kim bugünkü danışıqların bütün problemləri həll edəcəyini gözləmir, amma düşünürəm ki, bu danışıqlar münaqişə tərəflərinin indiyə qədərki hərəkətlərini dəyişdirmək üçün şərait yaratsa, bu, çox vacib olacaq".