BAKI, 14 aprel. TELEQRAF

Vaşinqtonda İsrail və Livanın ilkin danışıqları başladıqdan təxminən iki saat sonra başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid məlumat yayıb.

Qeyd olunub ki, görüş Dövlət Departamentində qurumun rəhbəri Mark Rubionun iştirakı ilə keçirilib.

19:26

Vaşinqtonda İsrail ilə Livan arasında danışıqlar başlayıb.

05:56

ABŞ dövlət katibi Marko Rubio İsrail və Livan arasında keçiriləcək birbaşa danışıqlarda iştirak edəcək.

Teleqraf xəbər verir ki, görüş aprelin 14-də Vaşinqtonda baş tutacaq.

Məlumata görə, danışıqlarda ABŞ tərəfini həmçinin Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-nin Livandakı səfiri Mişel İssa təmsil edəcək.

Qeyd olunur ki, İsrail və Livan nümayəndələri danışıqlarda səfir səviyyəsində iştirak edəcəklər.

Bildirilib ki, daha əvvəl İsrailin baş naziri Binyamin Netanyahu “Hizbullah” hərəkatının tərksilahı və münaqişənin nizamlanması məqsədilə Livanla birbaşa danışıqlara başlanması barədə göstəriş verib.