BAKI, 14 aprel. TELEQRAF

ABŞ-də keçirilən danışıqlarda İsrail və Livan “Hizbullah”ın tam tərksilah olunmasımda razılığa gəliblər.

Teleqraf xəbər verir ki, nu barədə "NBC News" ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, tərəflər həmçinin İranın Livanın gələcəyinə təsirinin məhdudlaşdırılması məsələsini də müzakirə edib.

Görüşdə ABŞ tərəfindən Livanda köçkünlərə yardım məqsədilə 58,8 milyon dollarlıq humanitar paket təsdiqlənib.