BAKI, 14 aprel. TELEQRAF
İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Bar Tomer istefa verib.
Teleqraf "Times of Israel"a istinadən xəbər verir ki, onun səlahiyyət müddəti mayın 5-də başa çatacaq.
Əslində Bar Tomer bu ay vəzifəsindən ayrılmalı idi, amma İrandakı müharibə səbəbindən bu qərar təxirə salınıb.
Barın yerinə briqada generalı Ömər Tişler təyin olunacaq.
İsrail Hərbi Hava Qüvvələrinin açıqlamasında deyilir: "Baş Qərargah rəisi rotasiyanın əməliyyat vəziyyətinə əsaslandığını vurğuladı. İsrail Hərbi Hava Qüvvələri komandanının səlahiyyətlərinin təhvil verilməsi əvvəlcə bu aya planlaşdırılırdı".