BAKI, 15 aprel. TELEQRAF

ABŞ Çin, onun xüsusi inzibati rayonu Honq Konq, Birləşmiş Ərəb Əmirlikləri və Oman banklarına İranla iş aparacaqları təqdirdə sanksiyalar tətbiq edilə biləcəyi barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin maliyyə qurumlarına ünvanladığı məktuba əsasən “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, sözügedən sənəddə İranla əməkdaşlığın riskləri və ikinci dərəcəli sanksiyaların tətbiqi ehtimalı vurğulanıb.

ABŞ xarici siyasət qurumu iddia edir ki, İran 2024-cü ildə əsasən Honq Konq və Birləşmiş Ərəb Əmirliklərində yerləşən vasitəçi şirkətlərdən istifadə etməklə ABŞ-d'kı müxbir hesablar vasitəsilə azı 9 milyard dollar vəsait dövriyyəsi həyata keçirib.