BAKI, 5 oktyabr. TELEQRAF
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən M.Nəzərov saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 47 ədəd narkotik xassəli kol, eləcə də 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.