GƏNCƏ, 25 sentyabr. TELEQRAf
Bakı-Gəncə avtomobil yolunda qəza baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Nizami prosoektində qeydə alınıb.
"Kia" markalı avtomobil "Qazel' markalı maşınla toqquşub. İlkin məlumata görə, hadisə zamanı "Kia" markalı avtomobilin 18 yaşlı sürücüsü Qurban Hısənov həmçinin, digər avtomobildə olan bir neçə nəfər xəsarət alıb.
İlkin məlumata görə, qəzaya səbəb hər iki avtomobilin sürücüsünün yol-hərəkəti qaydalarına düzgün əməl etməməsi olub.
Faktla bağlı araşdırma başlanılıb