BAKI, 25 sentyabr. TELEQRAF
SUMQAYIT, 25 sentyabr. TELEQRAF
Sumqayıt şəhərinin 5-ci mikrorayonunda bədbəxt hadisə baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə zamanı 1985-ci il təvəllüdlü Dadaşov Elvin Gülağa oğlu beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsindən yıxılıb.
Ağır xəsarətlər alan Elvin Dadaşov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və xəstəxanada dünyasını dəyişib.
Hadisənin səbəbləri araşdırılır. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.