SUMQAYIT, 16 sentyabr. TELEQRAF
Sumqayıt sahillərində dənizdə meyit aşkarlanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Xəzər dənizinin Sumqayıt şəhəri ərazisindən keçən sahil hissəsində baş verib. Kişi meyitinin suda olduğu müəyyən edildikdən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Xilasedicilər meyiti sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hazırda şəxsin ölümünün səbəbləri və hadisənin digər təfərrüatları araşdırılır.