BAKI, 16 sentyabr. TELEQRAF
Bakı şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, hadisə sentyabrın 15-də Sabunçu rayonunda qeydə alınıb.
Asəf Cəlilovun idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada Miryaqub Sadıqovu ehtiyatsızlıqdan vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.