BAKI, 14 sentyabr. TELEQRAF

Azərbaycanda polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində götürülən narkotik vasitənin miqdarı açıqlanıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 12-də və 13-də ümumi çəkisi 72,8 kiloqram narkotik vasitə və 183 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.