BAKI, 2 sentyabr. TELEQRAF

Avqust ayında saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən 6 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri zamanı saxtalaşdırılmış tarix möhürü və pasportdan, həmçinin özgəsinə məxsus sənədlərdən istifadə etməklə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər müəyyən edilərək saxlanılıb.