BAKI, 2 sentyabr. TELEQRAF

Avqust ayında Azərbaycanda dövlət sərhədini pozduqlarına görə 17 nəfər saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, saxlanılanlardan 6-sı Azərbaycan, 6-sı İran, 2-si Pakistan, 2-si Əlcəzair və 1-i Türkiyə vətəndaşı olub.