BAKI, 3 fevral. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay rayonu, 2-ci Ərəbcəbirli kəndində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Teleqraf-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 500kv.m olan bir dam altında tikilmiş müxtəlif təyinatlı obyektlərdən ibarət tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 60 kv.m olan mağazanın lambirdən ibarət tavanı və dam örtüyünün taxta atmaları 15kv.m sahədə yanıb.
Mağazanın qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.