BAKI, 3 fevral. TELEQRAF
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın xəbərinə görə, hadisə Xətai metrostansiyasının qarşısında qeydə alınıb.
1975-ci il təvəllüdlü Məmmədli Elvin Nuru oğlu mübahisə zamanı hər iki ayağından bıçaqlanıb.
Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Teleqraf-a bildirib ki, paytaxtın Xətai rayonunda iki şəxs arasında baş verən insidentlə bağlı polisə məlumat daxil olub.
Hazırda hadisə ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.