QAX, 1 fevral. TELEQRAF

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Teleqraf-ın məlumatına görə, hadisə rayonun Güllük kəndində baş verib.

Fevralın 1-də saat 21 radələrində Elmar Mənsumovun idarə etdiyi “Mercedes” markalı avtomobil kənd sakini, 1949-cu il təvəllüdlü Əliyev Abdurahman Hacımurad oğlunu vurub. Nəticədə ağır bədən xəsarətləri alan 77 yaşlı kişi hadisə yerindəcə ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Teleqraf-a bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.