BAKI, 30 yanvar. TELEQRAF
30 yanvar 2026-cı il tarixində yerli vaxtla saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf-a verilən məlumata görə, palçıq vulkanının püskürməsi AMEA nəzdində RSXM-nin vulkanətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb.
RSXM-nin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin məlumatına əsasən, palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub.
Püskürmənin dərinliyi 3 kilometr, püskürmə nəticəsində ayrılan enerji 3.38×10^6 coul olub