BAKI, 30 yanvar. TELEQRAF

Bakının Nəsimi rayonunda polis əməliyyat keçirib, 6 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Eldar Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Ondan 6 kiloqrama yaxın marixuana və həşiş aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Əliyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir.